23 C
Baku
Saturday, October 5, 2024

Pulumuzu niyə qoruya bilmirik?

Son aparılan araşdırmalara əsasən, 100 biznesmendən yalnızca 4-ü varlanmağı bacarır və öz pullarını qoruyub saxlaya bilir. Bir çoxları ilk mərhələdə yaxşı pul qazansa da, sonrada onları qoruya bilməyərək müəyyən səbəblərdən itirir.

Bəs buna yol verməmək üçün nə edə bilərik:

Anlayışınızın olduğu sahəyə pul yatırın.

Heç vaxt nəyəsə təzyiq altında pul yatırmayın. Başlayacağınız işi sizədn daha yaxşı kimsə bilə bilməz.

Yalnızca sonradan yenidən satılması mümkün olan məhsullara sərmayə edin.

Öz mənfəətin barədə düşün.  Bir çox biznesmen dəfələrlə bu sözü təkrar edir: “Çox heyf, mən bu məhsulu satmaq şansını əldən verdim”. Elə isə şansınızı əlinizdən verməyin, “gözü açıq” olmaqla fürsətləri lazımi anda dəyərləndirin.

Təcrübəli biznesmenlərdən məsləhət alın. Bizneslə məşğul olmaq hər kəsin düşündüyü kimi asan məsələ deyil. Bu yolda hər kəs öz yolunu bir neçə dəfə itirə bilər. Artıq bu yolda uğur qazanmış insanlardan məsləhət almaqda qorxulu heç nə yoxdur.

Ucuzlaşma dövründə al, bahalaşma dövründə sat.

Pulları daim dövriyyədə saxla.

Heç vaxt borca pul vermə.

 

Son xəbərlər
Digər xəbərlər