23 C
Baku
Saturday, October 5, 2024

Ölkədə pul bazası 716 mln manat artıb

1 avqust tarixində Azərbaycanda pul bazası 11 858,1 mln manata çatıb.

Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ölkədə pul bazası ilin əvvəlində 716 mln manat və yaxud 7%, ötən ilin eyni dövrü ilə müqayisədə isə 1 330 mln manat yaxud 13% artıb.

O cümlədən, dövriyyədə olan nağd pullar artaraq 11 144,4 mln manata, bank ehtiyatları isə 702,1 mln manata çatıb.

Həmçinin sərbəst və məcburi bank ehtiyatlarında da dəyişiklər olub. Belə ki, sərbəst bank ehtiyatları azalaraq 511,6 mln manata, məcburi ehtiyatlar isə artaraq 190,5 mln manata çatıb. Dövriyyədə olan nağd pul kütləsinin pul bazasına nisbəti isə 94%-ə bərabər olub.

Qeyd edək ki, Pul bazası dedikdə,pul kütləsinin Mərkəzi Bank tərəfindən qısa müddət ərzində dəyişdirilə bilən hissəsi nəzərdə tutulur. Pul bazasının tərkibinə dövriyyədə olan nağd pul və bank ehtiyatları (kommersiya banklarının Mərkəzi Bankdakı müxbir hesablarının qalıqları) daxildir.

pul bazasi

Son xəbərlər
Digər xəbərlər