23 C
Baku
Saturday, October 5, 2024

TuranBank Cəlilabadda yeni filial açdı

TuranBank özünün xidmət şəbəkəsinin inkişafı strategiyasına uyğun olaraq Cəlilabad rayonunda yeni filialını açmışdır. Cəlilabad şəhəri, Azərbaycan küç., 137 ünvanında yerləşən filial investisiya qoyuluşları, biznes kreditləri  hesabına yerli əhaliyə, mikro, kiçik və orta sahibkarlığa, istehsala, ticarətə dəstək göstərməklə əhalinin məşğulluq səviyyəsinin yüksəlməsinə və bununla da regionun sosial-iqtisadi inkişafına öz töhfəsini verəcəkdir.

Bununla yanaşı, yeni filial rayon əhalisini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edəcək. Bu xidmətlərə hesablaşma-kassa əməliyyatları, müxtəlif növ istehlak və biznes kreditlərinin verilməsi, sənədli əməliyyatların aparılması, cari və əmanət hesablarının açılması, plastik kartlarla əməliyyatlar, pul köçürmələri, investisiya qoyuluşları üzrə məsləhət xidmətlərinin təqdim olunması, kommunal və rabitə xidmətlərinin ödənişi, yerli və beynəlxalq pul köçürmələri və s. daxildir.

2 10 12

Son xəbərlər
Digər xəbərlər