10 C
Baku
Thursday, December 12, 2024

Ekspertlər: İsveçin karantindən imtina etməsinin müsbət tərəfləri də var

“Bloomberg” tərəfindən sorğulanan analitiklər hesab edirlər ki, ümumilikdə İsveç iqtisadiyyatı hökumətin fevral-may aylarında sərt karantin rejimindən imtina etmək qərarından faydalanmışdır. Banker.az xəbər verir ki, bu barədə makroiqtisadi göstəricilərə dair rəsmi məlumatların açıqlanması ərəfəsində dərc olunan proqnozda deyilir.

Ekspertlər ikinci rübün nəticələrinə əsasən, ÜDM-nin təxminən 7% azalacağını ehtimal edirlər ki, bu da Skandinaviya ölkəsinin iqtisadiyyatı üçün görünməmiş dərəcədə aşağı bir göstəricidir. Ancaq eyni zamanda, analitiklər ABŞ və Avropa İttifaqı ölkələri ilə müqayisədə bu azalmanın daha kiçik olacağını qeyd edirlər.

“Düzdür, İsveç iqtisadiyyatının ümumiyyətlə heç bir zərər görmədiyini söyləmək olmaz, amma ÜDM-nin azalması digər ölkələrdəki kimi güclü olmqayacaq”, deyə “Capital Economis”in eksperti Devid Oksli söyləyir.

Deyilənə görə, İsveçin karantin rejimindən imtina etməsinin uzunmüddətli perspektivdə iqtisadiyyata necə təsir göstərəcəyi bəlli deyil. “Qonşu ölkələrdə (Danimarka və Norveç) karantin rejimi tətbiq edilib, lakin bu onların iqtisadiyyatının daha sürətli bərpa olacağı demək deyil”, – deyə “Nordea”nın iqtisadçısı Torbyorn İsaksson bildirir.

“Bloomberg” xatırladaq ki, İsveçin sərt karantindən imtina etməsi, bu ölkədə ölüm nisbətinin digər ölkələrlə müqayisədə yüksək olmasına gətirib çıxarıb (100 min nəfərə 54 ölüm). Məsələn, Danimarkada bu göstərici beş dəfə, Finlandiya və Norveçdə isə on dəfə aşağıdır.
Con Hopkins Universitetinin hesablamalarına görə, bu günə qədər İsveçdə 81 012 nəfər yoluxub, onlardan 5 744 nəfər dünyasını dəyişib.

Qeyd edək ki, İsveç sərt karantin rejimini tətbiq etməkdən imtina edən yeganə Avropa ölkəsidir. Ölkədə kütləvi tədbirlər (məsələn, futbol yarışmaları) qadağan edilsə də, kafe və idman zallarının fəaliyyətinə icazə verilir. Bununla yanaşı, məktəb və bağçalar da işini davam etdirib.

Son xəbərlər
Digər xəbərlər