6 C
Baku
Sunday, December 15, 2024

Avropa İttifaqı “Google”un 2,1 mlrd. dollarlıq müqaviləsini dondurdu və şirkətə qarşı istintaqa başladı

Avropa İttifaqının antimonopoliya tənzimləyiciləri “Alphabet” (“Google” ona məxsusdur) və “Fitbit” arasında bağlanmış müqaviləni dondurdular.

Banker.az xəbər verir ki, bu barədə “Reuters” məlumat verib.

Bildirildiyi kimi, Avropa Komissiyası dörd aylıq araşdırma prosesinə başlayıb ki, “Google”un fitness-treker istehsalçısını satın almaq təklifi nəzərdən keçiriləcək: tənzimləyici bu müqavilənin şirkətin onlayn reklam bazarındakı dominant mövqeyini gücləndirəcəyindən qorxur. Bu, reklamverənlər və nəşrlər üçün qiymətlərin artmasına səbəb olacaq.

Qeyd edək ki, Avropa İttifaqı “Google”un fitness qolbaqlarında istifadəçi məlumatlarından reklam məqsədi ilə istifadə etməmək vədinə baxmayaraq istintaqa başlayıb. Razılaşmanın bloklanmasına dair yekun qərar 2020-ci il 9 dekabr tarixinə qədər qəbul edilməlidir. “Google” vurğulayır ki, tərəflər arasındakı müqavilə yalnız qurğulara aiddir.

Bildirildiyi kimi, 2019-cu ilin noyabrında “Google” şirkəti “Fitbit” istehsalçısını 2,1 milyard dollara alacağını elan etmişdir. Tərəflər müqaviləni 2020-ci ildə bağlamağı planlaşdırırdılar.

Dünyanın ikinci ən böyük “ağıllı” saat tədarükçüsünü aldıqdan sonra “Google” geyinilən cihazlar bazarına çıxaraq, “Apple” ilə rəqabət apara biləcək. Qeyd edək ki, şirkət başqa istehsalçılara “Wear” əməliyyat sistemini təqdim etsə də, özü bu cihazların istehsalı ilə məşğul olmur.

Son xəbərlər
Digər xəbərlər