İkinci Dünya Müharibəsi davam edir, London ardıcıl olaraq bombalanırdı. Belə bir vəziyyətdə hər bir xalq güclü və özünə inamlı bir liderə ehtiyac duyur. Məhz bu dövrdə Çörçillin portreti yaradıldı və minlərlə açıqcanın üzərində təsvir olunaraq bütün ingilis evlərinə daxil oldu. Bu portret özündə baş nazirin qərarlılığını, qorxmazlığını və nəcib qəzəbini əks etdirir. Məhz bu səbəbdən də bu portret bütün ingilislərin ürəyinə yatmışdı.
Fotoqraf Yusif Karşa nəinki Çörçillin şəklini çəkmək, hətta onun üzündəki qəzəbi də təsvir etmək mümkün olub. Məsələ ondadır ki, portret baş nazirin Kanadaya səfəri zamanı çəkilib və Karşın çəkiliş üçün cəmi bir neçə dəqiqəsi olub.
Çörçillə şəkil çəkdirməyin vacib olduğunu bildirdikdə o öz narazıçılığını bildirsə də sonda razı oldu… və budur hər şey hazırdır. Lakin kadrda Karşa Uinston Çörçillin heç vaxt ayrılmadığı siqareti mane olurdu.
Bu vaxt Karş qəflətən ona yaxınlaşdı və siqareti baş nazirin dodaqlarının arasından götürüb öz yerinə qayıtdı. Bununla da o bir yeganə kadrla Böyük Britaniya liderinin üzündəki qəzəbi təsvir edə bildi.