12 C
Baku
Wednesday, December 11, 2024

​​​​​​​Samir Şərifov: “ÜDM-də azalma göstəricisi bir qədər də artacaq”

“Koronavirus pandemiyası böhran yönümlü təhlükələrin yaranması ilə nəticələnib. Əsas böhranlardan biri istehlak səbəbinin azalmasıdır”.

Bunu Maliyyə naziri Samir Şərifov Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının iclasında deyib.

Bununla belə, onun sözlərinə görə, bu ilin 6 ayının yekununda Azərbaycanın dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub: “Büdcədə 292 milyon manat profisit yaranıb. Büdcə xərcləri 107 milyon manat artıq icra edilib, icra prosesində hər hansı geriləmə olmayıb”.

Nazir həmçinin deyib ki, aprel ayından başlayaraq ölkənin ümumi daxili məhsulu (ÜDM) azalmağa başlayıb: “Gözlənilən odur ki, azalma göstəricisi bir qədər də artacaq”.

MənbəReport.az
Son xəbərlər
Digər xəbərlər