Gürcüstanda orta və ali məktəblərdə yeni dərs ili sentyabrın 15-də başlayacaq.
Bu barədə ölkənin təhsil naziri Mixeil Çxenkeli keçirdiyi brifinqdə bildirib.
Nazir deyib ki, müvafiq qərar cari epidemioloji vəziyyət nəzərə alınmaqla qəbul edilib: “Lakin biz bütün ssenarilərə hazırıq”.