2020-ci ilin yanvar-iyun aylarında Azərbaycandan 55 milyon 950 min dollar dəyərində 9,125 ton fındıq ixrac edilib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.
2019-cu ilin 6 ayı ərzində isə Azərbaycandan 68 milyon 588 min dollar dəyərində 12,570 ton fındıq ixrac edilib. Belə ki, illik müqayisədə fındığın ixracı miqdar ifadəsində 27,4%, dəyər ifadəsində 18,4% azalıb.
Həmçinin yanvar-iyun aylarında 9 milyon 028 min dollar dəyərində 21 449 ton alma, 14 milyon 136 min dollar dəyərində 17 947 ton xurma ixrac edilib.