3 C
Baku
Saturday, December 14, 2024

Bu ilin ilk 6 ayında ölkəyə ən çox valyuta gətirən kənd təsərrüfatı məhsulları – TOP 5

2020-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycanın ixracı 7 milyard 686 milyon 278 min dollar təşkil edib. Ötən ilin eyni dövründə isə Azərbaycanın ixracı 9 milyard 979 milyon 26 min dollar olub ki, bu da illik müqayisədə ixracın 2 milyard 293 milyon 748 min dollar və yaxud 23% azalması deməkdir.

Banker.az Dövlət Gömrük Komitəsinin 2020-ci ilin ilk 6 ayı ərzində olan statistikasına istinadən Azərbaycana ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarını araşdırdı.

Cari ilin yanvar-iyun aylarında Azərbaycana daha çox valyuta qazandıran məhsullardan birinci yerdə pomidordur. Pomidor ilk 6 ayda 162 milyon 316 min dollar gəlir gətirib. İkinci yerdə fındıq dayanır ki, bu məhsuldan Azərbaycana 55 milyon 950 min dollar valyuta daxil olub. Üçüncü yerdə olan xurmadan isə 14 milyon 136 min dollar valyuta əldə edilib.

Digər yerlərdə isə müvafiq olaraq 9 milyon 28 min dollar və 4 milyon 768 min dollar olmaqla alma və çay ölkəyə valyuta gətirib.

KL

 

Son xəbərlər
Digər xəbərlər