10 C
Baku
Thursday, December 12, 2024

“Sberbank” öz kriptovalyutasını buraxmağı planlaşdırır – Sbercoin

Rusiyanın ən böyük bankı olan “Sberbank” öz steyblkoinini buraxmağı planlaşdırır. Banker.az xəbər verir ki, bu barədə mənbələrə istinadən “Vedomosti” məlumat verib.

Rusiyada rəqəmsal maliyyə aktivləri haqqında qanun təşkilatlara onları buraxmağa və digər oxşar aktivlərə mübadilə etməyə imkan verir.

“Sberbank” uzun müddətdir Sbercoin kriptovalyutasının satışının texniki və qanuni imkanları üzərində işləyir, deyə “Waves Enterprise” blokçeyn platformasının kommersiya direktoru bildirir. Onun sözlərinə görə, “Sberbank”ın steyblkoinləri banklararası ödənişlərin rahat vasitəsi ola bilər.

Qeyd edildiyi kimi, gələcək kriptovalyuta Rusiyanın milli valyutasına bağlı olacaq. Mütəxəssisin fikrincə, “Sberbank” lazımi infrastruktura malikdir və kriptovalyutanın likvidliyini təmin edə biləcək.
Öz rəqəmsal pulunun istifadəyə verilməsi, bankın ekosistem daxilində əməliyyatları sürətləndirmək və xərcləri azaltmaq istəyi ilə əlaqəli ola bilər.

Yeni qanun kriptovalyutanın buraxılmasına və dövriyyəsinə dair ümumi tələbləri təsvir etdiyindən, şirkətlər 2020-ci ilin payızında əlavə normativ qaydaların qəbul ediməsini gözləməli olacaqlar.

Xatırladaq ki, Rusiyada rəqəmsal maliyyə aktivləri haqqında qanun 2020-ci ilin iyul ayında qəbul edilib. Sənədə əsasən, onlar girov götürülə və alqı-satqı əməliyyatlarının predmeti ola bilər.

Son xəbərlər
Digər xəbərlər