İngiltərə Bankı baza faiz dərəcəsini əvvəlki kimi illik 0,1% səviyyəsində saxlayıb.
TASS xəbər verir ki, bu barədə tənzimləyicinin saytında məlumat verilib.
Bundan əlavə, bankın Pul-Kredit Siyasəti Komitəsinin üzvləri dövlət istiqrazları və korporativ istiqrazların geri alınması proqramını 745 milyard funt sterlinq səviyyəsində saxlamağa səs veriblər.
İngiltərə Bankının növbəti iclası sentyabrın 17-nə təyin edilib.