10 C
Baku
Thursday, December 12, 2024

Azərbaycanda xarici bankın auditini aparan şirkətin 4 minə yaxın vergi borcu məlum oldu

Azərbaycanda fəaliyyət göstərən “Best Audit” MMC-nin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.

Bu barədə Banker.az-ın İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasından əldə etdiyi rəqəmlər deyir.

Məlumata əsasən, “Best Audit” şirkətinin 3 min 694 manat vergi borcu var.

Xatırladaq ki, “Best Audit” MMC 2011-ci ildə dövlət qeydiyyatına alınıb. Bu audit şirkətinin nizamnamə kapitalı 15 AZN-dir və qanuni təmsilçisi Anar Quliyev Füzuli oğludur.

Onu da qeyd edək ki, “Best Audit” şirkəti Bakıda fəaliyyət göstərən İran Milli Bankının audit yoxlamasını aparıb.

Son xəbərlər
Digər xəbərlər