Rabitəbank Asc,Nəzarət ve Monitorinq Departamenti,Kredit Portfelinin Keyfiyyətinin İdarə Olunması Şöbəsinin rəis müavini Amil Əsədov:
Kredit portfelinin keyfiyyətinin qorunması üçün ən başlıca şərt nə hesab edirsiniz?
Artıq hər birimizə, məlumdur ki, bank kreditlərindən istifadə, insanların arzu etdikləri məişət texnikası, elektronika, eləcə də mənzil, avtomobil almaq, yaxud da ki, biznesini inkişaf etdirmək və sairdən ötrü rahat üsuldur. Kredit almaq həm də çox adam üçün düşdüyü mürəkkəb vəziyyətdən çıxmadan ötrü çox əlverişli vasitədir. Bazar münasibətlərinə keçidlə əlaqədar olaraq Azərbaycanda ikipilləli bank sistemi formalaşması prosesində yeni münasibətlərinin tələblərinə müvafiq surətdə kredit sistemi də inkişaf etməyə başladı. Hazırda Azərbaycanda Mərkəz Bankla yanaşı, 40-dan artıq kommersiya bankı fəaliyyət göstərir. Onların arasında təkcə Azərbaycanda deyil, bütövlükdə regionda ad çıxaran güclü banklar da mövcuddur. Mərkəzi Bank və Beynəlxalq Bankla yanaşı, bir sıra banklarımız da dünya standartlarının tələblərinə cavab verən güclü kadr potensialına malikdir. 2013-cü ilin birinci rübündə bank sektorunun aktivləri 18 milyard manatı ötüb. Eyni zamanda verilən kreditlər 1,7% artaraq rübün sonuna 12 milyard 606 milyon manata çatıb və bu da bank aktivlərinin 65%-ni təşkil edir. Fiziki şəxslərin əmanətləri isə rüb ərzində 8,3% artaraq 5 milyard 536,4 milyon manat olub. Eyni zamanda, uzunmüddətli əmanətlər 14,4% artaraq cəmi əmanətlərin 41%-ni təşkil edib.
Gecikdirmələr bankın imicinə və maliyyə nəticələrinə mənfi təsir göstərir.Gecikdirmələrlə mübarizə aparılmasa, o epidemiya kimi tez yayıla bilər. Gecikdirmələrin qarşısını necə almalıyıq sualı verilsə? Kredit verilməmişdən öncə kredit mütəxəssisləri tərəfindən Keyfiyyətli kredit analizi həyata keçirməlidir. 2. Kreditin vaxtında ödənilməsinə müştərilərdə həvəsləndirmə yaradılmalıdır.3. Vaxtı-vaxtında nəzarət strukturları tərəfindən Monitorinqlər həyata keçirilməlidir (məqsədli təyinatın monitorinqi,planlı monitorinq,növbədənkənar monitorinq) 4.İnformasiya sistemi-sms xəbərdarlıqlar və mütəmaddi olaraq borcalan,zamin və girovqoyanın yaşadığı ünvana bildirişlərin göndərilməsi. Kredit portfelinin keyfiyyətinə nəzarət adətən bankdaxili Qaydalarına əsasən müvafiq strukturlar tərəfindən həyata keçirir.Məbləğindən və növündən asılı olmayraq aşağıdakı kreditlərin keyfiyyəti fərdi olaraq hərtərəfli nəzarət aparılmalıdır:-hüquqi şəxslərə verilmiş bütün kreditlər;-bank səhmdarlərına və banka aidiyyəti olan şəxslərə verilmiş bütün kreditlər;-verildiyi tarixdən sonra faiz dərəcələri, ödəniş və digər şərtləri dəyişdirilmiş bütün kreditlər;-faizlərin və/və ya əsasən borc məbləğinin ödənilməsi 10 gündən çox gecikdirilmiş bütün kreditlər, o cümlədən faizləri kapitallaşdırılmış və ya müddəti uzadılmış kreditlər;-qeyri-standart kreditlər kimi təsnifləşdirilmiş bütün kreditlər;qeyri-işlək kreditlər;-bankdaxili qaydalarda müəyyən edilmiş digər kreditlər.
Sizcə, neçə gün gecikmə etmiş şəxs artıq problem hesab edilə bilər?
Adətən Gecikməsi olan kredit dedikdə, kreditin və/ya kreditdən istifadəyə görə hesablanmış faiz borcunun ödənilməsi 10 (on) gündən artıq gecikdirilmiş kredit nəzərdə tutulur.Bank üçün gecikmələrin təsirindən-
– Faizlərdən gələn gəlirin daxil olmaması,
– Kredit portfeli dövriyyəsinin sürətinin azalması
- Bankın pul axınının pozulması
- Gecikdirmələr ödənilməmələrə gətirib çıxara bilər (zərər)
- Monitorinqə çəkilən xərclərin artması(ezamiyyətlər)
- Kreditlər üzrə zərər üçün nəzərdə tutulmuş ehtiyat fondunun artırılmasına çəkilən əlavə xərclərin formalaşması
- Bankın və əməkdaşların imicinin pisləşməsi
- Kollektivdə işgüzar atmosferin pisləşməsi
- Mənfi halların digər borcgötürənlərə də yayılması
Azərbaycanda kredit ödəyicinin problemi əsasən nədən yaranır – daha çox hansı hallara görə gecikmələr baş verir?
Azərbaycanda kredit ödəyicisinin əsas problemləri əsasən borcla həddən artıq yüklənmə,(əl borclarının bilərəkdən gizlədilməsi),digər xərclərinin gizlədilməsi, məsuliyyətdən yayınma, kredit müqavilələrinin sona kimi oxunmaması, bankdan alınan kreditin digər şəxslərə ötürülməsi,başqasına məxsus heyvandarlıq təsərüfatının özünün ki, göstərilərək kənd təsərüfatı kreditin mənimsənilməsi,digər şəxsə aid qızılın banka qoyularaq lombard kreditinin götürülməsi və s. Bu kimi problemləri həll etməyin yolu düzgün carpaz yoxlamalardan və mütəxəssisin apardığı ilkin və sonrakı danışıq zamanı aşkar olunmalı,həmçinin mütəxəssis müştərini kredit almamışdan öncə kredit barədə düzgün maarifləndirməlidir.(kreditin şərtləri,məsuliyyətlilik və s. Həmçinin xarici təsirlər (məs., yanğın, zəlzələ və s.); daxili səbəblər (pis idarəçilik, yanlış investisiya qoyuluşu); müştəri tərəfindən qeyri-adekvat davranış;
Borc verən tərəfindən qaydaların pozulması (kredit mütəxəssisi, filial, həddən artıq borcla yüklənmə; kreditin və təminatın səhv rəsmiləşdirilməsi əsas ciddi problemlərdəndir.
Gecikmə etmiş müştərilərin həlli yönümündə praktiki tədbirlərdən hansıları sizin fikrinizcə daha effektiv hesab edilə bilər? Azərbaycanda müştərilərin çox problemləri digər ölkələrdən fərqli olaraq nisbətən fərqlənir. Sizin bu istiqamətdə fikirlərinizi öyrənmək istərdik.
Gecikmə etmiş müştərinin həlli yönümündə banklar tərəfindən prakiki tədbirlərdən biri Kreditin restrukturizasiyası haqda təklifdir,kreditin restruktirzasiyası zamanı bank aşağıdakı hallara diqqət edilməlidir:
-əgər gecikmənin səbəbi müvəqqəti problemlə bağlı idisə və müştərinin hazırda ödənişlə bağlı problemi yoxdursa, bu halda ödəniş cədvəlinə dəyişiklik edilməsi tövsiyyə olunmur;
-əgər müştərinin gəlirləri kreditin aylıq ödənişini etməyə kifayət etmirsə, bu halda kreditin girova yönləndirilməsi prosesi başlanmalıdır;
-əgər girov və müştərinin ödəniş qabiliyyəti krediti tam bağlamağa imkan vermirsə, bu halda kreditin qalığına 100% və ya yumşaldıcı hallar olarsa, daha az ehtiyyat yaradılması təklifi verilir;
-əgər müştərinin ödəniş qabiliyyətinin olub-olmamasında asılı olmayaraq onun ödəniş etmək istəyi yoxdursa, bu halda iş məhkəmə işlərinin başlanması məqsədilə Problemli Kreditlər üzrə iş departamentinə göndərilir;
Kreditlərin restrukturizasiyası dedikdə aşağıdakı hərəkətlər nəzərdə tutulur:
Vaxtın uzadılması – Məqsəd kreditin bitmə tarixini uzaltmaqla ödəniş məbləğlərinin həcmini azaltmaqdır ki, müştəri ödənişləri vaxtında edə bilsin.
Yenidən maliyyələşdirmə – Kreditin vaxtının uzadılması ilə yanaşı ona əlavə vəsaitin verilməsi.
Kreditlərin birləşdirilməsi – Bir neçə müxtəlif kreditin birləşdirilərək bir kreditdə cəmləşməsidir. Bu o zaman edilir ki, kreditlərin bir borcalana aid olduğu məlum olsun.
Scoring sistemlərinin işinə necə , edibar edirsinizmi? Azərbaycanda belə sistemlər özünü döğruldur?
Müasir dövrdə heç bir maliyyə təşkilatı öz fəaliyyətində skorinq sistemini nəzərdən qaçıra bilməz. Əgər əvvəllər iqtisadçılar bu tipli hesabları və təhlilləri “əl ilə” həyata keçirirdilərsə, hal-hazırda bütün sxemlər xüsusi proqramlarda öz əksini tapır və obyektiv cavab almaq üçün menecerdən yalnızca müştəri barədə məlumatları daxil etmək tələb olunur. Nəticədə isə “Müraciət edən bu şəxsə kredit vermək düzgündürmü və zaman keçdikcə onun problemli müştəriyə çevrilməməsi ehtimalı nə qədərdir” kimi suallara cavab tapılır.
Skorinqlər açıq (bank əməkdaşı hər bir cavab nəticəsində toplanan balı görür və lazımi qiymətləri seçməklə hesaba təsir edə bilir) olduğu kimi, qapalı (əməkdaş yalnızca ümumi nəticə barədə məlumat əldə edir) da olur. Hal-hazırda qapalı skorinqlər böyük üstünlüklə istifadə olunsalar da, kreditlərlə iş üzrə 5-10 illik təcrübəyə malik menecerlər proqramdan müsbət cavab almaq üçün hansı suala necə cavab verəcəklərini artıq bilirlər.
Skorinqin ən sadə modeli aşağıdakı parametrləri təhlil edir:
– Yaş
– Ailə vəziyyəti, övladlar
– Fəaliyyət sahəsi
– İxtisas, ali təhsil, alimlik dərəcələrinin olması
– Ümumi təcrübə və indiki iş yerindəki təcrübə
– Orta aylıq gəlir və xərclərin təxmini məbləği
Qeyd edək ki, sözügedən parametrlər bununla kifayətlənmir. Bu siyahıya kredit tarixçəsi, yaşayış yeri, şəxsin mülkiyyətində olan daşınmaz əmlakın növü, şəxsi avtomobilin olması, bankda hesab və ya depozitin olması barədə məlumatları da daxil etmək mümkündür.
Skorinq – ideal mexanizm olmasa da, borcgötürən qismində çıxış edəcək layiqli müştərilərin seçilməsində demək olar ki, 95%-lik nəticə göstərir və hal-hazırda ölkə bankları bu sistemdən daha geniş şəkildə faydalanmalıdırlar.
Rabitəbank olaraq artıq bu kimi sistemlərdən peşəkar kadrları olan bank olaraq istifadə edirik və praktikada bu özünü doğrutmaqdadır və artan sağlam kredit portfel dinamikasındakı inkişafda bunu deməyə birmənalı şəkildə əsas verir.
Comments are closed.