Azərbaycanda özəl sektorun və Britaniyada çalışmış təcrübəli kadrı dövlət qurumunda yüksək vəzifəyə təyin edilmişdir.
Bu barədə quruma yaxın mənbələrdən Banker.az-a daxil olan məlumatda deyilir.
Məlumata görə, Kənan Nəcəfov İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinə (SİF) sədr seçilib. O, cari avqust ayından başlayaraq bu vəzifəyə təyin edilib.
O bundan öncə, özünün tərəfindən yaratdığı “Yeni Kapital” şirkətinin direktoru idi. Əvvəllər “Nobel Oil” şirkətində Baş direktorun müavini, “BP” (London), “Citi Group” (Londonda) və Dünya Bankında çalışmışdır.
Xatırladaq ki, SİF-in İdarə Heyəti vakant idi və iki müavin vardır. Fondun fəaliyyətinə cari rəhbərliyi İdarə Heyəti həyata keçirir. İdarə Heyəti üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsini, habelə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini Azərbaycan Respublikasının iqtisadiyyat naziri (Mikayıl Cabbarov) həyata keçirir.