Livana kömək etmək üçün keçirilən donor konfransı zamanı 252,7 milyon dollar vəsait toplanıb.
Banker.az bu barədə “Vesti.ru”ya istinadən xəbər verir.
Bildirildiyi kimi, videobağlantı vasitəsi ilə keçirilən konfransın təşəbbüskarı Fransa prezidenti Emmanuel Makron olmuşdur. Beynəlxalq Valyuta Fondunun rəhbəri Kristalina Georgiyeva bu yardımın auditdən sonra veriləcəyini söyləyib. Onun sözlərinə görə, əks halda bu yardım livanlılar üçün daha böyük borclara çevrilə bilər
.
Ümumilikdə, Livanın 100 milyard dollara yaxın borcu var, Beyrutdakı partlayışın vurduğu zərər isə hökumət tərəfindən 15 milyard dollar dəyərində qiymətləndirilib.
Xatırladaq ki, avqustun 4-də Beyrut limanında güclü partlayış baş verib. Partlayış dalğası nəticəsində 300 min insan evsiz qalıb, 160 nəfər dünyasını dəyişib, 6 min nəfər isə yaralanıb. Hadisənin səbəbi 2014-cü ildə müsadirə edilmiş 2,7 min ton ammonium nitratının məsuliyyətsiz saxlanması olub







