1 avqust 2014-cü il tarixinə Azərbaycanda kredit qoyuluşu 16 537.9 mln manata çatıb.
Son 1 ay ərzində kredit qoyuluşu 253 mln manat və ya 2% artıb.
Banker.az Mərkəzi Bankın hesabatına istinadən verdiyi xəbərə görə, kredit qoyuluşu ilin əvvəlindən 1 726 mln manat yaxud 12%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 2 731 mln manat və ya 20% artım deməkdir.