19 C
Baku
Friday, May 3, 2024

Karantində xidmətlərindən daha çox istifadə olunan internet provayder hansı olub? – Araşdırma

“ACT Azərbaycan” Bakı şəhərində COVID-19 pandemiyasının əhaliyə təsirini öyrənmək məqsədi ilə 24 – 28 may tarixlərində paytaxt sakinləri arasında müxtəlif istiqamətlər üzrə sorğunun 2-ci mərhələsini həyata keçirib.
COVİD-19 pandemiyası WiFi xidmətlərindən istifadəyə necə təsir edib?
Evdə internet şəbəkəsinə qoşulmaq üçün Wi-Fi-dan istifadə edənlərin (95 %) demək olar ki, yarısı karantin müddətində Wi-Fi-dan daha çox istifadə etməyə başlayıb (45 %).
Karantində xidmətlərindən daha çox istifadə olunan internet provayder isə “Baktelekom”dur. Bu provayderə repondentlərin üçdə biri üstünlük verir (30 %). İkinci yeri “KATV1 internet” və “Aztelecom internet” təchizatçıları bölüşür (hərəsi 13 %). Bu üç provayder arasında, müştərilər daha çox “KATV1 internet”in təqdim etdiyi xidmətdən məmnundurlar (63%). Rəyi soruşulan internet istifadəçilərinin təqribən 4-də 1-i hansı internet təchizatçının xidmətlərindən istifadə etdiyini xatırlamır (27%).
116697608 3167400386641310 9149563531010557934 n
Son xəbərlər
 ⁠
Digər xəbərlər