Koronavirusa görə könüllülərin geyimlə təmin olunması dövlət qurumuna 5 milyon manata başa gələcək

“Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs “Print Point” MMC ilə 5 milyon manatlıq müqavilə imzalayıb.

Banker.az xəbər verir ki, müqavilədə Koronavirus (COVID-19) infeksiyasının ölkəmizdə yayılmasının və onun törədə biləcəyi fəsadların qarşısının alınmasında könüllülərin iştirakının təmin olunması üçün müxtəlif promo (köynək, papaq və s) malların satın alınması nəzərdə tutulur.

Müqavilənin ümumi məbləği isə 4 milyon 784 min 900 manatdır.

Bildirək ki, “Print Point” MMC 2015-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Mehman Koroğluyev Əhəd oğludur.

Onu da qeyd edək ki, fərmana əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əsasında “Azərbaycan Respublikasının Gənclər Fondu” publik hüquqi şəxs yaradılıb və bu qurumun Nizamnaməsi təsdiq edilib.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər