11 C
Baku
Sunday, May 19, 2024

“Microsoft” sentyabrda iki ekranlı smartfon satışa çıxaracaq – Qiymət $1399

“Microsoft” şirkəti sentyabr ayında iki ekranlı Surface Duo smartfonunu satışa çıxaracaq. Qeyd edildiyi kimi, cihazın qiyməti 1399 dollardan başlayacaq.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

Xatırladaq ki, şirkət Surface Duo smartfonunu 2019-cu ildə nümayiş etdirib. Bu model Snapdragon 855 prosessoru, iki 5,6 düymlük OLED ekran, 6 Gb operativ və 256 Gb daxili yaddaş ilə təchiz edilib.

 

Bundan əlavə, smartfon 4K, HDR və “super zoom” çəkiliş funksiyalarını dəstəkləyir. “Microsoft”un verdiyi məlumata görə, Surface Duo smartfonunu gündə bir neçə dəfə “zaryadkaya” qoymağa ehtiyac yoxdur.
Eyni zamanda Surface Duo bütün Android və Microsoft 365 tətbiqlərini dəstəkləyəcək.

Son xəbərlər
 ⁠
Digər xəbərlər