10 C
Baku
Wednesday, December 11, 2024

“LinkedIn” “Slide Share” xidmətini “Scribd” şirkətinə satacaq

“LinkedIn” təqdimatların paylaşımı üçün nəzərdə tutulan “Slide Share” xidmətini “Scribd” şirkətinə satır. Bildirildiyi kimi, sövdələşmənin məbləği hələ açıqlanmır.

Banker.az bu barədə xarici KiV-ə istinadən xəbər verir.

“TechCrunch”ın verdiyi məlumata görə, müqavilə çərçivəsində “Scribd” yeni işçilər işə götürməyəcəyini və “SlideShare” xidmətinin mövcud komanda tərəfindən idarə ediləcəyini bildirib. Alıcı əsasən 40 milyona yaxın təqdimat və auditoriyada (hər ay 100 milyon unikal izləyici) maraqlı olsa da, şirkətin texnologiyalarından da istifadə edə bilər.

Hər iki şirkətin oşxar cəhətləri var və onlar əsasən kontentin istifadə edilməsi ilə məşğuldurlar, deyə “Scribd”in baş direktoru Trip Adler söyləyir.

“Fərq ondadır ki, SlideShare diqqətini daha çox PowerPoint təqdimatlarına və korporativ istifadəçilərə yönəldir, biz isə PDF və Word fayllarına üstünlük veriri”, – Adler izah edir. O, “SlideShare” xidmətinin “LinkedIn”ə dəstək olacağına ümid edir.

Xatırladaq ki, “LinkedIn” “SlideShare” xidmətini 2012-ci ildə 119 milyon dollara alıb.

Son xəbərlər
Digər xəbərlər