Əmanətin artırılması
Əmanətin müddətinin yarısından sonra artırılmasına icazə verilmir. Əlavələrə əmanətin artırıldığı dövrdə xidmət tarifləri və şərtlərində eyni əmanət şərtləri mövcud olduğu halda həmin şərtlərlə, digər bütün hallarda isə xalis faizlərin aylıq ödənilməsi şərtilə müqavilədə göstərilən xalis faiz dərəcəsi tətbiq edilir. Artırılan məbləğin minimumu 100 AZN/USD/EUR
Əmanətin vaxtından əvvəl çıxarılması
Vaxtından əvvəl çıxarılan əmanətlər və ya əmanətin azaldılan hissəsi üçün, xalis faizlər aşağıda göstərilən düstura əsasən hesablanır:Qaytarılan məbləğə və ya azaldılan hissəyə ödənilən xalis faizlər (bundan sonra «F») yenidən aşağıdakı düstur əsasında hesablanır: F = S * (R * (N -1) / 360) * (N – 1) / T Burada işarələr aşağıdakıları bildirir: S – əmanətin azaldılan hissəsi (əgər əmanət tam çıxarılmırsa); R – Müqavilənin xalis faiz dərəcəsi; N – Müqavilənin bağlandığı tarixdən başlayaraq azaldılma aparılan tarixədək keçən günlərin sayı; T – əmanət müddəti günlərlə.
Əmanət məbləği 1000 AZN/USD/EUR-ya bərabər və artıq olduqda müştəriyə pulsuz VISA Deposit tipli əmanət kartı verilir, əmanət məbləği minimum 10000 AZN/USD/EUR və həmin əmanətin müddəti minimum 12 ay olduqda isə pulsuz VISA Gold tipli əmanət kartı verilir.