“BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyət “Aris” MMC ilə müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə finqerprin və kart oxucu avadanlıqların quraşdırma xidmətlərin satın alınması nəzərdə tutulur.
Müqavilənin ümumi məbləği 19 min 582 manatdır.
Bildirək ki, “Aris” MMC 2018-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi Ruslan Haqverdiyev Rüstəm oğludur.
Onu da qeyd edək ki, “Aris” MMC-nin 63 min 392 manat vergi borcu var.