“Aqrolizinq” ASC tərəfindən Şirvan şəhərində kənd təsərrüfatı məhsullarının müvəqqəti saxlanma anbarı tikiləcək.
Banker.az xəbər verir ki, “Aqrolizinq” ASC ilə “Feniks-AA” MMC ilə buna görə müqavilə bağlayıb.
Müqavilədə Şirvan şəhərində kənd təsərrüfatı məhsullarının müvəqqəti saxlanma anbarının layihə-smeta sənədlərinin hazırlanması işləri nəzərdə tutulub.
Müqavilənin ümumi məbləği 48 min 600 manatdır.
Bildirək ki, “Feniks-AA” MMC 2001-ci ildə dövlət qeydiyyatına alınıb. Bu şirkətin nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Aydın Aydınlı İlqar oğludur.