Azərbaycanda 2020-ci ilin iyul ərzində ixracın dəyəri 2 aydan sonra ilk dəfə milyard dolları üstələyib.
Banker.az bu barədə Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.
Həmin ayda ölkəyə 1 milyard 445 milyon dollar həcmində ixracdan valyuta daxil olub. Bu hətta öncəki ayla müqayisədə ikiqat böyümə deməkdir.
Bundan əlavə həmin ayda idxalın həcmi isə 911 mln. dollarlıq olub bu da 534 mln. dollarlıq müsbət saldo olması deməkdir.