16 C
Baku
Sunday, October 20, 2024

Hikmət Hacıyev: “Vaksin bazara çıxarılan kimi alınıb gətiriləcək”

“Peyvəndlərin tətbiq olunması ilə təkcə koronavirusun yox, digər xəstəliklərin də qarşısı alınır”.

Bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bununla bağlı dünyada müxtəlif dövlətlər tərəfindən köklü araşdırmalar aparılır:

“Beynəlxaq səviyyədə sertifikatlaşdırılmış COVID-19-la əlaqədar vaksin bazara çıxarılacağı təqdirdə dövlət tərəfindən alınacaq və vətəndaşlara çatdırılacaq”.

Son xəbərlər
Digər xəbərlər