Dubay hava limanında koronavirusa yoluxmuş insanları müəyyən etmək üçün xüsusi təlim keçmiş itlərin istifadəsinə başlanılıb.
Bu barədə “Travel and Leisure” nəşri yazıb.
Bildirilir ki, itlər insanlarla kontaktda olmayacaq. Bu cür heyvanlar tərəfindən koronaviruslu xəstələrin müəyyən edilməsi dəqiqliyi 92%-ə bərabərdir.
Dubay hava limanı koronavirus infeksiyasının bu yolla müəyyən edilməsinə başlanıldığı ilk aeroportdur.
Qeyd edək ki, Dubay iyuldan etibarən turistlər üçün açıqdır.