1 C
Baku
Saturday, December 14, 2024

Virus spirtli içki və siqaret bazarına təsir edə bilməyib – böyük artım

Azərbaycanda 2020-ci ilin ilk 7 ayı ərzində istehsal etdiyi araq, brendi (konyak), pivə və tütün istehsalı artıb.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ölkədə istehsal edilən araq 1 milyon 372.4 min dkl. (31.5%), brendi 13.5 min dkl. (6.3%) və pivə 3 milyon 359.5 min dkl. (13.1%) istehsal edilib.

Papiros istehsalı isə 4 milyard 7.5 milyon ədəd papiros istehsal edilib ki, bu da illik müqayisədə 65.3% artım deməkdir.

Lakin, istehsal edilmiş bəzi alkaqollu məhsulların həcmində azalma müşahidə edilib. Buna misal kimi 36.2% azalma üzüm şərabını (128.6 min dkl.) və 83.2% artımla fermentləşdirilmiş tütün (2 milyon 788.9 ton) olmuşdur.

Məhsul növləri 2020-ci ilin yanvar-iyul aylarında

istehsal edilmişdir

Əvvəlki ilin müvafiq dövrünə nisbətən, faizlə 01.08.2020-ci il vəziyyətinə hazır məhsul ehtiyatı
İçki məhsulları      
Şampan şərabı, min dkl 3,1
Araq, min dkl 1372,4 131,5 248,5
       
Brendi (konyak), min dkl 13,5 106,3 14,5
Üzüm şərabı, min dkl 128,6 36,2 1026,1
Pivə, min dkl 3359,5 113,1 212,8
Alkoqolsuz içkilər, min dkl 16338,1 102,0 917,5
Tütün məmulatları
Fermentləşdirilmiş tütün, ton 2788,9 86,8 1361,0
Papiros və siqaretlər, milyon ədəd 4007,5 165,3 14,8

 

Son xəbərlər
Digər xəbərlər