Azərbaycanda ardıcıl olaraq aprel və may ayından sonra minik avtomobillərinin istehsalı yenidən bərpa edilib. İyun və iyul aylarının hər birində eyni sayda – 201 ədəd minik avtomobili istehsal edilib. Bu da son iki ayda 402 ədəd olması deməkdir. Bu iki ay ərzində istehsal edilən avtomobillərdən yalnız 76 ədədi anbara, qalan 326 ədədi isə birbaşa satışa yönəldilib. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Cari ilin ilk 3 ayında – yanvar ayı ərzində Azərbaycanda istehsal edilən minik avtomobilin sayı 192, fevralda 288 və martda isə 192 ədəd istehsal edilmişdi ki, bu da 672 ədəd olması deməkdir.
2020-ci ilin ilk yeddi ayında isə istehsalın həcmi 1 074 ədədlik minik avtomobilistehsal edildiyini nəzərə alsaq, öncəki illə müqayisədə 17.6% azalma olması deməkdir.
Qeyd edilməlidir ki, ölkədə cari ilin yanvar-iyul aylarında Azərbaycana xaricdən 25 999 ədəd minik avtomobili istehsal edilmiş, bunun da 453 daxili yanma mühərriklə yanaşı elektrik mühərriklə də hərəkətə gətirilən nəqliyyat vasitələri (hybrid), 105 ədədi elekto-karlar təşkil edib.