“Azərişıq” ASC-nin Tovuz Rayon Elektrik Təchizatı və Satışı İdarəsinin (RETSİ) rəisi Zaur Şirəliyev vəzifəsindən azad edilərək Nərimanov RETSİ-nin rəisi təyin olunub.
Bu barədə səhmdar cəmiyyətinin sədri Vüqar Əhmədov əmr imzalayıb.
Onun digər əmrinə əsasən, Tovuz RETSİ-yə rəhbərlik Anar Məmmədova həvalə edilib.