Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın təsdiq edilməsi barədə” fərmanında dəyişiklik edfilməsi barədə fərman imzalayıb
Dəyişikliklə İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı genişləndirilib.
Belə ki, İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nın 1.11-ci bəndinə hər iki halda “orqanların” sözündən sonra “və Azərbaycan Respublikası Prezidentinin yaratdığı publik hüquqi şəxslərin” sözləri əlavə edilib.