Prezident İlhyam Əliyev “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın və “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında 24 aporel 2012-ci il 24 aprel tarixli fərmanında dəyişiklik edib.
Dövlət başçısının bununla bağlı imzaladığı yeni fərmana əsasən, dəyişikliyə əsasən sözügedən dövlət proqramı yeni redaksiyada təsdiq edilib, adı çəkilən qaydalara isə dəyişiklik olunub.
Sənəddə həmçinin deyilir:
Nazirlər Kabineti
-. “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.40.37-ci bəndinə uyğun olaraq, təhlükəli yüklərin mülki hava gəmiləri ilə daşınması qaydasını ölkə prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
– həmin Qaydaların 14.4-cü bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində personalın hazırlığı qaydasını ölkə prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
– həmin Qaydaların 17.5-1-ci bəndinə uyğun olaraq, aviasiya təhlükəsizliyinin təmini sahəsində yoxlamaların həyata keçirilməsi qaydasını ölkə prezidenti ilə razılaşdırmaqla üç ay müddətində təsdiq etsin;
– həmin Qaydaların 3.12.22-1-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində yüklərin və poçt göndərişlərinin aviasiya təhlükəsizliyini təmin etmək məqsədilə qeydiyyatdan keçmiş yük agentlərinə və məlum yükgöndərənlərə sertifikat və fərdi kod nömrəsinin verilməsi qaydasını üç ay müddətində təsdiq edib ölkə prezidentinə məlumat versin;
– həmin Qaydaların 7.1-3-cü bəndinə uyğun olaraq, hava limanının nəzarət edilməyən zonalarının təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib ölkə prezidentinə məlumat versin;
– həmin Qaydaların 10.40.2-ci yarımbəndinə uyğun olaraq, mülki hava gəmiləri ilə daşınan yük və poçt göndərişlərinin təhlükəsizliyinin təmin edilməsi qaydasını üç ay müddətində təsdiq edib ölkə prezidentinə məlumat versin;
– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi aşağıdakı normativ hüquqi aktları iki ay müddətində təsdiq etsin:
– “Aviasiya təhlükəsizliyinin təmin edilməsi Qaydaları”nın 10.30.2-1-ci yarımbəndinə uyğun olaraq, sərnişinlərdən hava gəmisində daşınması qadağan edilmiş maddə və (və ya) predmetlərin götürülməsi, saxlanılması, geri qaytarılması və məhv edilməsi qaydasını;
– həmin Qaydaların 14-6.5.2-ci yarımbəndinə uyğun olaraq, mülki aviasiya sahəsində təhdidlərin qiymətləndirilməsi və risklərin idarəolunması metodikasını;
– bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
Aidiyyəti dövlət orqanları (qurumları) bu Fərmanın 1-ci hissəsi ilə təsdiq edilmiş “Aviasiya təhlükəsizliyi üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək üçün zəruri tədbirlər görsünlər.