17 C
Baku
Saturday, October 5, 2024

Yazdığı məqaləsini yeyən jurnalist kimdir?

1972-ci ilin yazında SSRİ və Kanada ölkələrinin ən güclü xokkeyçiləri arasında 8 oyundan ibarət yarışın keçirilməsi barədə razılıq əldə edilir. İlk 4 oyun Kanadada, digər 4 oyun isə Sovet İttifaqında keçirilməli idi. Bu oyunların keçirilməsi ilə nəhayət ki, hansı ölkə komandasının dünyanın ən güclü xokkey komanadası olduğu müəyyən ediləcəkdi. Bu səbəbdən də hər iki tərəf yarışlara böyük ciddiliklə yanaşırdı.

Hətta dünyada onlardan daha güclü xokkeyçi olmadığına əmin olan kanadalılar ən güclü komanda təşkil edəcəklərinə söz verirlər.  Bu zaman “The Globe and Mail” qəzetinin idman  jurnalisti Dik Beddouz belə iddia edir ki, kanadalılar 8 görüşün hər birində qələbə qazanacaq. O öz fikrində ciddi olduğunu sübut etmək üçün belə bir vəd verir: “Əgər ruslar cəmi 1 oyunda belə qələbə qazana bilsə mən öz məqaləmi borş ilə birlikdə yeyəcəm. Redaktor qeydi: Hər ehtimala qarşı əlinizin altında xama saxlayın”. Bu idman jurnalisti yəqin ki, ona tez bir zamanda borş və xama lazım olacağını təxmin etmirdi.

2 sentyabr tarixində SSRİ və Kanada yığma komandaları Monrealda buz üzərinə çıxırlar. Oyunun 7-ci dəqiqəsində artıq kanadalılar 2:0 hesabı ilə irəlidə idilər. Lakin ilk hissənin bitməsinə yaxın ruslar hesabı bərabərləşdirməyi bacarır. Oyunun son hesabı isə 7:3 rusların xeyrinə olaraq başa çatır. Vəziyyət belə olduqda isə kanadalı jurnalist Dik Beddouz verdiyi vədi tutmalı olur və tutur da. Oyun başa çatdıqdan sonra o məqaləsinin dərc olunduğu qəzeti hissələrə bölərək  yeyir.

Son xəbərlər
Digər xəbərlər