2020-ci ilinin 7 ayı ərzində Azərbaycanda geyim istehsalının həcmi kəskin azalıb.
Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Ölkədə üst geyiminin istehsalı 103.4 min ədəd (-48.5%), alt geyim istehsalı 242.2 min ədəd (-38.5%) və corab istehsalı isə 1 585 min cüt (+7.7%) olub.
Üst geyim istehsalı iyun iyulda 13 min cüt olub, bu da öncəki ayla müqayisədə 25% azalıb. Alt geyim istehsalı isə 6% artımla 41.2 min ədəd olub.
Corab istehsalı illik müqayisədə artsa da, öncəki ayla müqayisədə 96.7% azalaraq cəmi 9.2 min cüt olub.