Azərbaycanda 1 avqust tarixində ödəniş kartları ümumi sayı 5 827 min ədəd təşkil edib.
Banker.az Mərkəzi Banka istinadən xəbər verir ki, ödəniş kartları ümumi sayı 176 min ədəd azalıb.
Dövriyyədə olan ödəniş kartlarının ümumi sayı, debet kartları üzrə – sosial kartlarda artım, əmək haqqı və digər kartlarda azalma, kredit kartları üzrə isə artım müşahidə olunub.
Debet və kredit kartları vasitəsilə aparılan əməliyyatların sayı, 487 min əməliyyat artaraq 6 894 ədəd,
həcmi isə 120 mln manat və ya 13% artıb.