16 C
Baku
Sunday, October 6, 2024

“Ölkə banklarının Rusiya bazarına çıxışı təhlükəli ola bilər”

ABŞ və Avropanın sanksiyaları fonunda ölkə banklarının Rusiya bazarına çıxışı arta bilər.

Rusiya banklarının Azərbaycandakı filialları isə mövcud situasiyada heç bir zərər görməyəcəklər. Sual yaranır? Ölkə banklarının Rusiya bazarına çıxışı hansı təhlükə yarada bilər? Bu məsələlərə iqtisadçı-ekspert Samir Əliyev aydınlıq gətirdi.

“Rusiyanın VTB bankının rəhbəri Andrey Kostin bildirib ki, rus bankları Azərbaycanda maliyyə resursları cəlb edilə bilər. Gözlənilirdi. Çünki Rusiyaya iqtisadi sanksiyalar tətbiq edilməyə başlayanda xaricdən pul cəlb edə bilməyən maliyyə institularının və şirkətlərinin həm də Azərbaycana üz tutacağı gözlənilən idi. Göründüyü kimi, Azərbaycan və Qazaıxstan təsadüfən seçilməyib. Hər iki ölkənin sərbəst kifayət qədər neft pulu var.

Şimal qonşumuz Neft Fondunun 1 milyard dollarlıq vəsaitinə sahib olub. Yəqin ki əsas mənbə olaraq Neft Fondunun vəsaitlərinə can atacaqlar. Bu ehtimalla bağlı xeyli öncə narahatlığımı bildirmişdim. Əsas donorlardan biri də təbii ki, ARDNŞ ola bilər. ARDNŞ-in maliyyə bazarına daxil olması və resurslarının bir hissəsini ora yönəltməsi bankların vəsait əldə etmək imkanın artıra bilər. Avropada çirkli pulların yuyulmasına qarşı aparılan mübarizənin son dövlər sərtləşdirilməsi və eyni zamanda Rusiyada bunun üçün əlverişli mühitin olması çirkli pulların bu ölkəyə axışmasına səbəb ola bilər”.

Qeyd edim ki, indiki situasiyada iri banklarımızın Rusiya maliyyə bazarına çıxışı üçün şanslar yaranıb, ancaq burda diqqətli olmaq gərəkdir. Bu vəziyyətdə ABŞ-ın və Avropanın sanksiyalarının subyekti olmaq təhlükəsi ilə üzləşə blərlər.

Son xəbərlər
Digər xəbərlər