Azərbaycanda 2020-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 15 faiz artaraq 12 milyard 75.9 milyon manata çatıb.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Fiziki şəxslərin gəlir vergisi 30.4%, hüquqi şəxslərin mənfəət (gəlir) vergisi 15.2%, əlavə dəyər vergisi 5.4%, mədən vergisi 10.2% və xarici iqtisadi fəaliyyətlə bağlı vergilər 0.3% azalmışdır.
Lakin, ölkədə torpaq vergisi 65.6%, əmlak vergisi 3%, sadələşdirilmiş vergi 4% və aksiz 0.5%, yol vergisi 3.9% azalmışdır.