“Instagram” xəbər lentinin alqoritminə dəyişiklik edib. Bundan sonra istifadəçi həm də izləmədiyi hesabların məzmununu görəcək. Qeyd edildiyi kimi, yeni alqoritmlər istifadəçiyə onu maraqlandıran mövzularla əlaqəli paylaşımlar, eləcə də reklamlar göstərəcək.
Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.
İstifadəçilər tövsiyə olunan yazıları müvəqqəti olaraq gizlədə biləcəklər. Bunu etmək üçün paylaşımın üstündəki menyunu açıb “Gizlət” funksiyasını seçmək kifayət edir.
Xatırladaq ki, xəbər lentinin məhdud olması ilə bağlı qərar 2018-ci ildə qəbul edilib. “Instagram” “istifadəçilərin ruhi sağlamlığını qoruyub saxlamaq üçün” onlara sosial şəbəkəyə həsr etdikləri vaxtın real mənzərəsini yaratmaq imkanını verib.