“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) nizamnamə kapitalı 100 milyon manat və yaxud 12,4% artırılıb.
Səhmdar cəmiyyətinin kapitalı 806 061 960 manatdan 906 061 960 manata çatdırılıb.
Xatırladaq ki, ADY ölkə prezidentinin 20 iyul 2009-cu il tarixli sərəncamı ilə yaradılıb. Nazirlər Kabinetinin 15 fevral 2010-cu il tarixli qərarı ilə qurumun nizamnaməsi və strukturu təsdiq edilib.
Report