16 C
Baku
Sunday, October 6, 2024

Vaynsbergin vəfalı qadınları

1140-cı ildə Kral III Konrad hersoq bavariyalı Velfin Vaynsberg adlanan qəsrini mühasirəyə alır. Mühasirə uzun müddət davam etsə də, şəhər sonda ələ keçirilir. Düşmənlərin inadından əsəbləşən III Konrad şəhərin bütün kişi əhalisini edam edəcəyinə and içir. Lakin bununla şəhər qadınlarına toxunmayacağını və özləri ilə birgə, yəni çiyinlərində istədikləri qədər yüklə buranı tərk edə biləcəklərini elan edir. Bunu eşidən qadınlar bütün əşyaları bir kənara ataraq öz ərlərinə olan sədaqət və kişi cinsinə mənsub insanların da sağ qalması naminə ərlərini öz çiyinlərinə alaraq qalanı tərk edirlər.

Bu zaman “Kral vədi yalnızca 1 dəfə verilir və ləğv edilə bilməz” ideyasına sadiq qalaraq qadınlara müdaxilə edilmir və onlar öz yoldaşları ilə birgə işğal olunmuş ərazini sağ və salamat şəkildə tərk edə bilirlər. Bu hadisə tarixə “Vaynsbergin vəfalı qadınları” adı ilə daxil olub.

Kral III Konradın sonrakı taleyinə gəldikdə isə o İkinci Səlib yürüşündə iştirak etmiş, böyük oğlunu itirmiş və 1152-ci ildə dünyasını dəyişmişdi.

Son xəbərlər
Digər xəbərlər