21 C
Baku
Thursday, September 19, 2024

Rolls-Royce Silver Bullet seriyasından olan Dawn modelini təqdim edib – Fotolar

Dəbdəbəli avtomobillərin istehsalçıları yeni müştəriləri cəlb edilməsində ən vacib vasitələrdən biri xüsusi seriyaların hazırlanmasıdır. Belə seriyalardan biri yeni Rolls-Royce Dawn Silver Bullet kabrioletidir.

Ümumiyyətlə, belə modifikasiya standart Dawn kabrioletindən yalnız kuzovun xüsusi gümüş rəngi (keçən əsrin ortalarında Rolls-Royce modellərini belə rəngə boyanırdılar), oxşar salon tərtibatı və xüsusi versiyanın adı olan lövhələr ilə fərqlənir.

Dawn Silver Bullet modelinin xüsusiyyətlərindən biri ikinci oturacaq cərgəsinin arxasında quraşdırılan sərt örtükdür. Bu örtük dörd nəfərlik kabrioleti iki nəfərlik rodsterə bənzətsə də, arxa cərgənin oturacaqları yerində qalıb. Xatırladaq ki, Aero Cowling adlanan bu opsiya 2018-ci ildən bəri kabriolet üçün təklif olunur. Yeri gəlmişkən, oturacaq başlıqlarının arxasındakı “donqarda” xırda əşyaların saxlanılması üçün kilidli kofrlar yerləşir.

Silver Bullet seriyasından olan Rolls-Royce Dawn kabrioletləri 50 nüsxəlik tirajla buraxılacaqdırlar. Xüsusi seriyadan olan avtomobillərin qiymət açıqlanmasa da şirkət artıq sifarişləri qəbul etməyə hazırdır.

96805 src 96798 src 96799 src 96800 src 96807 src

Son xəbərlər
Digər xəbərlər