10 C
Baku
Thursday, December 12, 2024

COVİD-19 Azərbaycandan İrana valyuta axınını kəskin “azaldıb”

Koronavirus səbəbindən karantinin və sərhədlərin qapanması ilində Azərbaycan İran İslam Respublikasından idxal etdiyi məhsullarını ikiqat azaldıb. Ticarət dövriyyəsi kəskin düşüb. Bu barədə Banker.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Ölkəmizə İrandan ilin ilk yarımilliyində (yanvar-iyun) 137.46 mln. dollar olub, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2.2 dəfə azalma olması deməkdir. Eyni ilə, İrana ixrac olunan məhsulların həcmi də cari ilin ilk yarımilliyində cəmi 18.09 mln. dollar olub. Bu isə İran ilə saldomuzun mənfi 119.39 mln. dollar olması anlamına gəlir. Ötən ilin eyni dövründə ticarət dövriyəsinin saldosu mənfi 267.61 dollar idi.

İlin yanvar-fevral aylarında bu rəqəm 51.77 mln. ABŞ dolları idi.

İrandan Azərbaycana əsas idxal məhsulları ilkin formalı polietilen, kartof, keramika, portağal, xurma və şüşə olmuşdur.

Son xəbərlər
Digər xəbərlər