Vəsait qoyuluşları çərçivəsində 2020-ci ilin yanvar-iyul aylarında muxtar respublikada bütün maliyyə mənbələrindən əsas kapitala 594 milyon 960 min 600 manat vəsait yönəldilmişdir ki, bu da bir il öncəki göstəricidən 1,3 faiz çoxdur.
Banker.az bu barədə Naxçıvan Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Əsas kapitala yönəldilmiş vəsaitin 568 milyon 785 min 800 manatı və ya 95,6 faizi tikinti-quraşdırma işlərinin payına düşmüşdür.