2020-ci ilin yanvar-iyul aylarında xarici müəssisə və təşkilatlar tərəfindən əsas kapitala 2895,8 milyon manat vəsait yönəldilib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına əsas kapitala yönəldilmiş vəsaitin 2535,7 milyon manatı (87,6 faizi) Birləşmiş Krallıq, ABŞ, Türkiyə, Yaponiya, İsveçrə, Malayziya, Norveç, Rusiya və İran sərmayədarlarına məxsus olmuşdur.
Bildirək ki, 2020-ci ilin yanvar-iyul aylarında tikinti müəssisələri tərəfindən yerinə yetirilmiş inşaat işlərinin 62,7 faizini tikinti, yenidənqurma və genişləndirmə, 10,1 faizini əsaslı təmir, 8,0 faizini cari təmir, 19,2 faizini isə sair tikinti işləri təşkil etmişdir. Ümumi inşaat işlərinin 84,7 faizini qeyri-dövlət tikinti müəssisələri yerinə yetirmişlər.