10 C
Baku
Wednesday, December 11, 2024

Mediasiya prosesində icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının səlahiyyəti müəyyənləşib

Uşağın maraqlarına toxunan ailə münasibətlərindən irəli gələn mübahisələr üzrə mediator yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarının rəyini alacaq.

Banker.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı  “Mediasiya haqqında” Azərbaycan Respublikasının 2019-cu il 29 mart tarixli 1555-VQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli 607 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında” fərmanda əksini tapıb.

Eyni zamanda əgər ailə münasibətlərindən irəli gələn mübahisələr zamanı uşağın normal böyüməsinə və inkişafına təhlükə yaradan, yaxud onun maraqlarına zərər vura bilən hallar mövcuddursa və ya belə halların yaranma ehtimalı olarsa, mediator bu barədə müvafiq yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına məlumat verməyə borcludur və mediator göstərilən işlər üzrə mediasiya prosesinin həyata keçirilməsindən imtina edə bilər. Tərəflər uşağın böyüməsinə, inkişafına və digər maraqlarına toxunan barışıq sazişini yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanlarına təqdim etməyə borcludurlar.

Qeyd edək ki, mediasiya mediatorun (mediatorların) vasitəçiliyi ilə tərəflər arasında yaranmış mübahisənin qarşılıqlı razılıq əsasında həlli ilə bağlı proses,  mediator  peşəkar əsasda mediasiya prosesinin həyata keçirilməsi üçün tərəflərin cəlb etdiyi və ya mediasiya təşkilatı tərəfindən təyin olunmuş fiziki şəxsdir.

Son xəbərlər
Digər xəbərlər