-1 C
Baku
Saturday, December 14, 2024

Tim Kuk şirkəti uğurlu idarəetməyə görə “Apple”dan səhm şəklində $279 mln. mükafat alacaq

2020-ci ilin avqust ayında “Apple” şirkətinin direktoru Tim Kuk, uğurlu rəhbərliyə görə şirkətdən 278,6 milyon dollar mükafat alacaq/

Banker.az xəbər verir ki, bu barədə “Bloomberg” yazıb.

Verilən məlumata görə, rəhbər bu mükafatın bir hissəsini şirkətin uğurla edirə edilməsinə, digər hissəsini isə onun yüksək maliyyə göstəricilərinə görə alır. Ödənişin ikinci hissəsi “Apple” səhmlərinin qiymətinə bağlı olacaq.

Avqustun 21-də verilən məlumata görə, yenidən investisiya qoyulan dividentlər daxil olmaqla, “Apple”in bu dövrdəki gəlirliliyi təqribən 225% təşkil edib. Şirkəti sözçüsü Coş Rozenstok bununla bağlı agentliyə şərh verməkdən imtina edib. Xatırladaq ki, 2015-ci ildə Tim Kuk pulunun böyük hissəsini xeyriyyəçiliyə bağışlamaq niyyətində olduğunu və artıq milyonlarla dollar payladığını açıqlamışdır.

2020-ci il 10 avqust tarixində Tim Kuk “Apple”in kapitallaşmasının artması fonunda milyarder olub. 19 avqustda şirkətin dəyəri 2 trilyon dolları ötüb keçib. Qeyd edək ki, 2011-ci ildə “Apple”in bazar kapitallaşması cəmi 350 milyard dollar təşkil edib.

Son xəbərlər
Digər xəbərlər