7 C
Baku
Thursday, December 12, 2024

“Microsoft” şirkəti “TikTok” ilə “öhdəliksiz razılaşma” imzalayıb

“Microsoft” şirkəti “TikTok”un ABŞ-dakı biznesinin alınmasına dair “öhdəliksiz razılaşma” imzalayıb. Bildirilir ki, prezident Donald Tramp bu məsələyə hələ müdaxilə etməyib.

Banker.az bu barədə “Vc.ru”ya istinadən xəbər verir.

“TikTok”a sahib olan “ByteDance” şirkəti iyulun 30-da “Microsoft” ilə sənəd imzalayıb. Çin şirkəti hesab edir ki, “Microsoft TikTok-un etibarlı tərəfdaşı ola bilər”. Bundan bir gün sonra, iyulun 31-də Tramp jurnalistlərə verdiyi açıqlamada “TikTok”u blok etmək qərarına gəldiyini açıqlayıb.

Prezident tərəflərə ortaq razılığa gəlmək üçün 45 gün vaxt verib.”Microsoft” və “TikTok” bu məsələyə şərh bildirməyiblər.

Son xəbərlər
Digər xəbərlər