6 C
Baku
Sunday, December 15, 2024

“Word” proqramına səs yazılarını oxuyan funksiya əlavə olunub – Video

“Microsoft” şirkəti “Word” proqramına səs yazılarını oxuyan Transcribe funksiyasını əlavə edib. Banker.az xəbər verir ki, bu funksiyanın köməyi ilə istifadəçilər proqrama öz danışıqlarını yaza, mp3, wav, m4a və mp4 formatında olan audio və video yükləyə biləcəklər.

Bildirildiyi kimi, yeni xidmət səs yazısını danışıq zamanı oxuyur. Hazır mətni redaktə etmək və əsas sənədə əlavə etmək mümkündür. Əgər söhbətdə iki iştirakçı varsa, Transcribe bunu da qeyd edir.

Transcribe funksiyası Microsoft 365 istifadəçiləri üçün mövcud olan veb versiyada mövcuddur və hazırda yalnız ingilis dilindədir. Şirkət sonradan proqrama digər dilləri də əlavə etməyi planlaşdırır.

Qeyd edək ki, burada da müəyyən məhdudiyyətlər var: fayl 200 Mb-dan, mətnin oxunması müddəti isə ayda 5 saatdan çox olmamalıdır. Əlavə vaxt və ya həcm almaq hələ mümkün deyil. Şirkət 2020-ci ilin sonuna qədər Transcribe-ın mobil versiyasını da təqdim edəcəyini vəd edib.

Xatırladaq ki, 2017-ci ilin iyunundan bəri Microsoft 365-də Dictate funksiyası var. Bu funksiyanın köməyi ilə Word, Outlook, PowerPoint və ya OneNote proqramlarında səs yazmaq mümkündür. Şirkətin verdiyi məlumata görə, bu günə qədər bu funksiyadan “milyonlarla insan” istifadə edib.

Son xəbərlər
Digər xəbərlər