Yapı Kredi Bank Azərbaycanın 5-28 sentyabr tarixlərində keçirdiyi Worldcard-dan hər gün iPad air qazanma şansı lotereya kampaniyası çərçivəsində ilkin 10 qalib müəyyən olundu. 15 sentyabr tarixində keçirilən lotereya çəkilişində 5-14 sentyabr tarixində Worldcard-la 50 manatdan çox alış-veriş edən Worldcard sahibləri iştirak etdi. Qaliblərin siyahısını sizinlə paylaşırıq:
- Mehparə Bağırlı
- Sahil Orucov
- Məmməd Bağırzadə
- Elgün Səlimov
- Cavid Bağırov
- Ruslan Məmmədov
- Samirə Ağabalayeva
- Lamiyə Rzayeva
- Gülnaz Quluzadə
- Royalə Nəcəfova
18 sentyabr tarixində qaliblərə hədiyyələri təqdim olundu, həmin gün Worldcard-ın 2 yaşına təsadüf edirdi. Qaliblər Worldcard-ı 2 yaşı münasibəti ilə təbrik edərək xoş arzularını bölüşdülər. Qaliblər arasında artıq 1 ildən çoxdur ki, Worldcard sahibi olan müştərilər də var idi, yeni Worldcard sahibi olanlar da. Qaliblər bir kredit kartı sahibi olaraq Worldcard-dan çox məmnun olduqlarını və bu cür kampaniyaların davamlı olmasını istədiklərini bildirdilər.
Qalibləri təbrik edirik və digər Worldcard sahiblərini də bu kampaniyadan yararlanmağa dəvət edirik. Qeyd edək ki, kampaniya şərtlərinə əsasən 5-28 sentyabr tarixləri arasında World Üzv Ticarət Obyektlərində 50 manatdan çox alış-veriş edən Worldcard sahibləri hər gün 1 iPad Air qazanma şansı əldə edirlər və toplam olaraq kampaniya çərçivəsində 24 qalib müəyyən olunacaq. Xatırladaq ki, kampaniya davam etməkdədir və 28 sentyabra kimi Worldcard-la alış-veriş edərək siz də qalib ola bilərsiz. Daha sonraki lotereya çəkilişi 29 sentyabr tarixində keçiriləcək.
Ətraflı məlumat almaq üçün hər zaman yenilənən www.worldcard.com.az və https://www.facebook.com/YapiKrediWorldAZ internet səhifələrinə, eyni zamanda 24 saat fəaliyyət göstərən *0444 Yapı Kredi Bank Telefon Mərkəzinə müraciət edə bilərsiniz.