İT nəhənglərindən biri olan “Google” ali təhsil sistemini dəyişdirməyi planlaşdırdığını açıqlayıb. Şirkət yeni sertifikatlaşdırma proqramını təqdim edib ki, mütəxəssislərin fikrincə, bu proqram perspektivdə bakalavr və magistr dərəcələrinin dəyərini tamamilə məhv edə bilər.
Verilən məlumata görə, “Google”un təhsil sahəsində tətbiq edəcəyi yeniliklərdən biri təhsil müddətinin qısa olması olacaq (“Google” tələbələrə 4-6 il əvəzinə 1,5 il oxumağı təklif edir).
Şirkət “Google Career Certificates” kursunu işə salır, burada abituriyentlər məzun olduqdan sonra qısa zamanda işə düzəlmək üçün lazım olan əsas bacarıqlara yiyələnəcəklər. “Bir çox amerikalı üçün ali təhsil əlçatmazdır. Bundan əlavə olaraq, ali təhsil iqtisadi təhlükəsizliyin qarantı deyil”, – deyə “Google”un qlobal əlaqələr üzrə vitse-prezidenti Kent Uoker hesab edir.
Qeyd edildiyi kimi, “Google Career Certificates” kursunun qiyməti hələ açıqlanmayıb, lakin müqayisə üçün deyə bilərik ki, “Coursera” platformasında oxşar proqramların tələbələrə ayda 49 dollara başa gəlir.
Şirkətin bu təşəbbüsü, tali təhsil və peşəkar hazırlıq paradiqmasının dəyişikliklərə ehtiyacı olduğu problemini ortaya çıxarır. Universitetdə əldə etdiyimiz bilik ilə işəgötürənin axtardığı bacarıqlar arasında böyük bir boşluq var. İlk növbədə, tələbənin birinci kursdan başlayaraq öz peşə fəaliyyəti ilə məşğul olması üçün şərait yaradılmalıdır, bu məqsədə çatmaq üçün isə təhsil proqramına əsaslı dəyişikliklər edilməlidir.
“Təhsil sahəsindəki liderlərlər üçün bu, sistemdəki dönməz dəyişikliklərin zərurililiyindən xəbər verən siqnaldır”, – deyə “BiTronics Lab”ın CEO-su Timur Bergaliyev söyləyir.
“Dünyanın ən böyük texnologiya şirkətlərindən biri, altı aylıq kursları bitirmiş namizədləri 4 ildən 6 ilə qədər ali təhsil almış universitet məzunları ilə bərabər tutacağını deyir! Düşünürəm ki, yaxın zamanda bir çox böyük şirkətlər buna oxmar bir şey edəcəklər. Lakin birinci ilk nəticələri qiymətləndirmək lazımdır, çünki ola bilər ki, məzunların çox hissəsi özünə iş tapa bilməsin və ya əmək bazarının tələblərinə cavab verməsin. Unutmayaq ki, “Google” dövlət daxilində dövlətdir”.
“Google”un təşəbbüsü hansı meylləri göstərir:
- Hər hansı bir ənənəvi format kimi ali təhsil də təhdid altındadır. Getdikcə daha az insan ənənəvi universitetlərdə təhsil alacaq.
- Peşəkar bacarıqların formalaşması onların tətbiqi ilə sıx əlaqəlidir.
- Təhsil xidmətlərinin maliyyə mexanizmləri dəyişir.
- Yaxın gələcəkdə tədris prosesinin fərdiləşməsi gözlənilir.